CƏMİYYƏT


“Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda keçirilən müsabiqə qaliblərinə diplom və medallar verilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Nərimanov Rayon İcra Hakimiyyətində “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda məktəblilər arasında inşa–yazı və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər.

Mərasimi giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov müsabiqə qaliblərini təbrik edib və ümumbəşəri bəla ilə mübarizə sahəsində respublikamızda görülən tədbirlərdən danışıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Samir Kazımov narkomaniyanın fəsadları barədə danışaraq gəncləri ondan uzaq olmağa çağırıb.

Sonra inşa-yazı və rəsm müsabiqəsinin qalibləri Nərimanov Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.