CƏMİYYƏT


“Azərbaycan gəncləri narkotiklərə qarşı” mövzusunda rəsm  və inşa-yazı müsabiqələrinin qalibləri mükafatlandırılıblar

Bakı, 21 oktyabr, AZƏRTAC

Qaradağ Gənclər Evinin təsviri incəsənət klubunda rayon məktəblərinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklərə qarşı” mövzusunda rəsm və inşa-yazı müsabiqələrinə yekun vurulub.

İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə keçirilən toplantını giriş sözü ilə rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov açıb. O, qeyd edib ki, 2013-2018-ci illər üçün “Narkotik vasitələrin, psiхotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”na uyğun olaraq rayon məktəblərində həmin mövzuda maarifləndirmə işləri aparılır və şagirdlər arasında keçirilən inşa-yazı və rəsm müsabiqələri da bu sahədə görülən işlərin bir hissəsidir.

Sonra yüksək yerlərə layiq görülmüş inşa yazılar oxunub və şagirdlər çəkdikləri rəsmlərin məzmunu barədə məlumat veriblər.

Tədbirin sonunda müsabiqə qalib gələn 228 nömrəli məktəbin şagirdləri Elnarə Cəfərova və Raul İsayev, 184 nömrəli məktəbin şagirdləri Ruqayə Abışova və Şəlalə Məmişova diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.