REGİONLAR


Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər

Ağdam, 13 avqust, AZƏRTAC

Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənimizin inkişafı üçün səylə çalışırlar. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Xocalı, Xocavənd, Qubadlı, Kəlbəcər, Şuşa və Zəngilan rayonların gənclər və idman idarələrinin təşkilatçılığı ilə keçirilən 12 avqust- Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfransda səsləndirilib. İşğal olunmuş rayonlardan olan 92 nəfər məcburi köçkün gəncin iştirak etdiyi videokonfransda Beynəlxalq Gənglər Gününün əhəmiyyəti, dövlətin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasət, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, ictimai-siyasi fəallığının artmasına kömək göstərilməsi barədə fikirlər səsləndirilib. Gənclər və idman idarələrinin rəisləri gənclərin vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi və bu kimi digər məsələlər barədə çıxışlar edib, mövzu ilə bağlı ayrı-ayrı gənclərin fikirləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.