CƏMİYYƏT


Azərbaycan gənclərini təmsil edən nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdə olub

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən, Gənclər və İdman Nazirliyinin əməkdaşlarından, gənclərdən ibarət səkkiz nəfərlik nümayəndə heyəti bu ölkəyə səfər edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Mədinə, Ər-Riyad şəhərlərində gənclərlə görüşlər keçirib. Gənclərimiz, həmçinin Mədinə İslam Universiteti, Kral Əbdüləziz adına Dövlət Universiteti, Kraliça Al Anoud adına Xeyriyyə Fondu və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində də olublar.

Səudiyyə Ərəbistanının Baş İdman İdarəsinin gənclər proqramları üzrə baş direktoru Məhəmməd Favzan Əl Suşilem və qurumun mübadilə proqramları sektorunun proqram direktoru Xalid Əbdüləziz Əl Mahbub Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluğunu bildirib. O, növbəti illərdə nazirliklər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni proqramların işlənib hazırlanması və cari proqramda iştirakçı sayının 15-dək artırılmasında maraqlı olduqlarını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.