REGİONLAR


Azərbaycan gəncliyi yeni zirvələrə doğru inamla irəliləyir

Azərbaycan gəncliyi yeni zirvələrə doğru inamla irəliləyir

Qəbələ, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal qurucularına çevriliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Gənclik yeni zəfərlərə doğru” mövzusunda dəyirmi masada səsləndirilib.

Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov müasir iqtisadi-siyasi, mədəni həyatımızda gənclərin böyük çəkiyə malik olduğunu, ölkəmizdə sağlam, müstəqil düşüncəyə sahib olan, kreativ düşüncəli gənclərin yetişdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, məhz düzgün qurulmuş ideya-siyasi işin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Ulu Öndərin siyasətini ardıcıl şəkildə həyata keçirən Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dahi şəxsiyyətin ideyalarını qoruyur, inkişaf etdirir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər.

Tədbirdə Vətən müharibəsi qazisi Müşfiq Paşayev, regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Şahlar Eyyubov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin direktoru Teymur Alşanov çıxış edərək, Azərbaycanda gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, görülən işlərdən danışıb, bugünkü bayramın Ulu Öndər tərəfindən gənclərə ərməğan olunduğunu bildiriblər.

Sonda Vətən müharibəsi qazilərinə və ictimai-siyasi fəaliyyətdə fərqlənən gənclərə fəxri fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.