İDMAN


Azərbaycan gimnastı: Əsas hədəfim Tokio Olimpiadasına lisenziya qazanmaqdır

Bakı, 16 mart, AZƏRTAC

Dünya kuboku yarışlarının finalında uğurla çıxış etdim. Təsnifat mərhələsində proqramımı icra edərkən bəzi səhvlərə yol verdim. Sevinirəm ki, finalda daha yaxşı çıxış edərək mükafatçılar sırasında yer ala bildim.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən idman gimnastikası üzrə dünya kubokunda halqalarla yarışda gümüş medal qazanan Azərbaycan idmançısı Nikita Simonov deyib.

Azarkeşlərin dəstəyinin önəmini xüsusi vurğulayan N.Simonov deyib: “Növbəti sınağım gələn həftə Qətərin paytaxtı Dohada olacaq. Dünya kuboku yarışlarının növbəti mərhələsində gücümü sınayacağam. Əsas hədəfim dünya kuboku yarışlarında uğurla çıxış edib, Tokio Olimpiadasına lisenziya qazanmaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.