İDMAN


Azərbaycan gimnastı: Dünya kuboku yarışlarında fəxri kürsüdə yer alacağıma ümid edirəm

Bakı, 12 mart, AZƏRTAC

Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku yarışlarında fəxri kürsüdə yer alacağıma ümid edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan gimnastı Nikita Simonov deyib.

Dünya kubokuna yaxşı hazırlaşdığını deyən N.Simonov bildirib: “Məşqlər davam edir. Ümid edirəm ki, mükafata layiq yer tutacağam. Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha çox səy göstərməliyəm. Dünya kuboku yarışlarında rəqabət çox yüksəkdir. Rəqabət hər zaman yaxşıdır. Çin və Yaponiya gimnastları çox güclüdürlər. Ən güclü olan qalib gələcək”.

Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək. Turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakteri daşıyan bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar uğrunda 121 kişi və 49 qadın gimnast mübarizə aparacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.