İDMAN


Azərbaycan gimnastı: Halqalarla hərəkətlərdə proqramımın icrasını uğurla yerinə yetirdiyim üçün çox şadam

Bakı, 14 mart, AZƏRTAC

Halqalarla hərəkətlərdə proqramımın icrası ürəyimcə oldu. Hakimlər tərəfindən aldığım qiyməti yaxşı hesab etmək olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında çıxış edən Azərbaycan təmsilçisi Nikita Simonov deyib.

Gimnast qeyd edib ki, Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir və azarkeşlər gimnastları ruhlandırırlar.

“Doğma məkanda çıxış etmək çox əladır. Əsas məqsədim turnirin final mərhələsinə yüksəlməkdir. Dünya kuboku yarışlarında rəqiblərim çox güclüdür. Ukrayna, İtaliya və Çindən olan rəqiblərimi xüsusi fərqləndirmək lazımdır", - deyə N.Simonov əlavə edib.

Qeyd edək ki, martın 17-dək davam edəcək turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar. Yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə isə final mərhələləri keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.