İDMAN


Azərbaycan gimnastı Maqsud Maqsudov 28-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan təmsilçisi Maqsud Maqsudov Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, 13-14 yaş kateqoriyasında batut gimnastikası yarışlarında mübarizə aparan təmsilçimiz 99,880 xalla təsnifat mərhələsini ikinci pillədə başa vurub və həlledici mərhələyə vəsiqə qazanıb.

Finalda M.Maqsudov ilə yanaşı, yaponiyalı Haruto Murakami, britaniyalı Maks Middelton, Rusiya gimnastları Vitaliya Çivaqa, İldan Maxiyanov, Lev Busarev, belaruslu Maksim Asipenka və Fransa idmançısı Aleksis Requlus mübarizə aparacaqlar.

Digər batutçularımızdan Nicat Mirzəyev 15-ci, Mehdi Əliyev 29-cu, Əli Niftəliyev isə 30-cu pillədə qərarlaşıblar.

Turnirdə 13-14 yaş qrupunda oğlanlar arasında batut gimnastikası üzrə final yarışları bu gün təşkil olunacaq.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.