İDMAN


Azərbaycan gimnastı Misirdə keçirilən dünya kuboku turnirində gümüş medala sahib olub

Bakı, 5 iyun, AZƏRTAC

Kişi idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvü Misirdə gümüş medala sahib olub.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Qahirədə təşkil edilmiş idman gimnastikası üzrə dünya kuboku yarışlarında ölkəmizi Cavidan Babayev, Murad Ağarzayev və Sərvər Əliyev təmsil ediblər.

Təsnifat mərhələsində halqalarla çıxışına görə finala adlayan C.Babayev həlledici mərhələdə fəxri kürsünün ikinci pilləsinə yüksəlməyi bacarıb.

Sərbəst hərəkətlər üzrə finala vəsiqə qazanan M.Ağarzayev isə yekunda altıncı yerlə kifayətlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.