İDMAN


Azərbaycan gimnastı Mixail Malkin dünya çempionatında mübarizəyə noyabrın 19-da qoşulacaq

Bakı, 18 noyabr, AZƏRTAC

Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatda ölkəmizi Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkin təmsil edəcək. Tamblinq yarışlarında gücünü sınayacaq təmsilçimiz mübarizəyə noyabrın 19-da qoşulacaq.

Hazırda çempionatda kişilər batut gimnastikası, ikili mini-batut, qadınlar isə batut, tamblinq və ikili mini-batut üzrə fərdi proqram üzrə təsnifat yarışlarında güclərini sınayırlar.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günü təsnifat, sonuncu iki günü isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.