İDMAN


Azərbaycan gimnastı Veronika Qudis dünya çempionatında fərdi proqram üzrə halqa ilə çıxışını təqdim edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan gimnastı Veronika Qudis Bakıda təşkil olunan bədii gimnastika üzrə 37-ci dünya çempionatında fərdi proqram üzrə halqa ilə çıxışını təqdim edib.

AZƏRTAC xəbər verir ki, hakimlərdən 16,950 xal alan gimnastımız hazırda A qrupunda 14-cü pillədə qərarlaşıb.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.