İDMAN


Azərbaycan gimnastı Veronika Qudis dünya çempionatında lentlə çıxışını uğurla başa vurub

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan gimnastı Veronika Qudis Bakıda təşkil olunan bədii gimnastika üzrə 37-ci dünya çempionatında fərdi proqram üzrə lentlə çıxışını təqdim edib.

AZƏRTAC xəbər verir ki, hakimlərdən 17,150 xal alan gimnastımız ümumi sıralamada 32-ci yerdə qərarlaşıb.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.