İDMAN


Azərbaycan gimnastı Zöhrə Ağamirova dünya çempionatının çoxnövçülük yarışlarının finalına yüksəlib

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan idmançısı Zöhrə Ağamirova Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının çoxnövçülük yarışlarının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, 116 gimnastın mübarizə apardığı yarışda təmsilçimiz 60,050 xalla 21-ci olub və finala vəsiqə qazanıb. Yarışda ilk 26 yerdə qərarlaşan idmançılar finala adlayıblar. Hər ölkədən maksimum iki gimnast finalda gücünü sınayacaq.

Çoxnövçülüyün final yarışlarında Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, ABŞ, Belarus, İtaliya, Yaponiya 2, Azərbaycan, Özbəkistan, Macarıstan, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Sloveniya 1 gimnastla təmsil olunacaq.

Final yarışları sentyabrın 20-də keçiriləcək.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda 61 ölkədən 300-dən artıq gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.