İDMAN


Azərbaycan gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 26-dan 27-dək Qroznıda Çeçenistan Respublikasının idman gimnastikası üzrə açıq birinciliyi keçirib.

AZƏRTAC xəbər verir ki, bu beynəlxalq turnirdə Azərbaycanın, habelə Rusiya, Qazaxıstan, Özbəkistan və digər xarici ölkələrdən ən güclü idmançılar iştirak edirdi.

Turnirdə Azərbaycan nümayəndəsi Hüseyn Xəlilov ən yüksək mükafat layiq görülüb. Bizim gənc gimnast birinci yeri tutduğuna görə fəxri fərman da alıb.

Səkkiz yaşlı Hüseyn Xəlilov idmanla kiçik yaşlarından məşğul olur. O, Azərbaycan Respublikasının dördqat çempionu, idman gimnastikası üzrə çoxsaylı beynəlxalq yarışların mükafatçısıdır.

Hüseyn Xəlilov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, ölkəmizi beynəlxalq aləmdə təmsil etməyi özü üçün böyük şərəf sayır. Hüseyn Xəlilov daha sonra deyib: “Çıxışlarımı davam etdirmək, həmişə birinci yerləri tutmaq istəyirəm. Gimnastika idmanın bütün növlərinin əsasısıdır. O, insanın gücünü, çevikliyini, qələbə əzmini, təmkinlilik hissini inkişaf etdirir, təhsildə və gələcək həyatda insana gərək olur”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.