İDMAN


Azərbaycan gimnastı dünya kuboku yarışlarının gümüş medalına sahib olub

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən dünya kuboku yarışlarında gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə kişilərin halqalarda yarışında təmsilçimiz 14,800 xalla ikinci olub.

Turnirin qalibi adına Böyük Britaniya təmsilçisi Kurtney Tulloç (14,933 xal) sahib olub. İlk üçlüyü ukraynalı İqor Radivilov 14,666 xalla qapayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.