İDMAN


Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov Avropa çempionatının finalına yüksəliblər

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatının finalına yüksəliblər.

AZƏRTAC xəbər verir ki, gimnastlarımız yarışların üçüncü günündə gənclər arasında batut üzərində sinxron hərəkətlərdə çıxış ediblər. Onlar 87,62 xal toplayaraq təsnifat mərhələsində birinci yer tutublar.

Qeyd edək ki, 23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.