İDMAN


Azərbaycan gimnastları aerobika üzrə açıq Slovakiya çempionatında fərqləniblər

Bakı, 8 aprel, AZƏRTAC

Bratislavada aerobika gimnastikası üzrə açıq Slovakiya çempionatı keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 15 ölkədən idmançıların qatıldığı turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub.

Millimizin üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri performans onlara yarışların qızıl medalını (19.344) qazandırıb.

Gimnastlarımızın daha bir uğurlu çıxışı isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və V.Dolmatov 19.800 xalla turnirin gümüş medalına da sahib olublar.

Qarışıq cütlüklərin mübarizəsində İ.İmranov və M.Mustafayeva 6-cı, fərdi çıxışlarda E.Məmmədov 5-ci, N.Hüseynova isə 7-ci pillədə qərarlaşıblar.

9-11 yaşlı gimnastların mübarizəsində isə yeganə təmsilçimiz Məryam Topçubaşova fərdi proqramda çıxış edərək qızıl medal qazanıb. Məryamın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilərək 32 idmançı arasında 1-ciliyə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.