İQTİSADİYYAT


Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyəti aprelin 22-dən Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov rəhbərlik edir. Səfər ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə təcrübə mübadiləsi və praktiki təlimlərin keçirilməsi məqsədilə təşkil olunub.

Dövlət Gömrük Komitəsinin 12 nəfərdən ibarət nümayəndə heyəti üçün praktiki təlimlər ABŞ-ın Nyu-York ştatının Con Kennedi adına Beynəlxalq Hava Limanında keçirilir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı Azərbaycanda 1999-cu ildən icra olunur və bu layihə çərçivəsində Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

ABŞ Dövlət Departamentınin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə təcrübə mübadiləsi və praktiki təlimlər aprelin 26-dək davam edəcək.

Qeyd edək ki, İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə DGK əməkdaşlarına indiyədək gömrük işi sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif mövzularda beynəlxalq və milli təlimlər, eləcə də seminarlar təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.