CƏMİYYƏT
Azərbaycan gömrükçüləri yarım tondan çox narkotik vasitə aşkarlayıb
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan gömrükçüləri yarım tondan çox narkotik vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.
Rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kiloqram narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.