İDMAN


Azərbaycan güləşçiləri Antalyada 11 medal qazanıblar

Bakı, 15 aprel, AZƏRTAC

Antalyada yeniyetmə güləşçilər arasında keçirilən “Victory Cup” turnirinə yekun vurulub.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, sonuncu yarış günündə 6 idmançımız fəxri kürsüyə qalxıb. Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olub. Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) yarışı üçüncü pillədə başa vurublar. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıblar. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Beləliklə, Azərbaycan millisi yarışda 2 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Beynəlxalq dərəcəli hakim Zaur Şərifov “Victory Cup”da ədaləti qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.