İDMAN


Azərbaycan güləşçiləri V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayırlar

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın 6-cı günündə - 7 güləşçimiz xalça üzərinə çıxacaq. Belə ki, yığmamızın üzvlərindən Mariya Stadnik (50 kq), Alyona Kolesnik (59 kq), Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Abubəkr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.