İDMAN


Azərbaycan güləşçiləri Yakutskda birincilik uğrunda yarışaçaqlar

Bakı, 5 mart, AZƏRTAC

Martın 7-8-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 3 üzvü qüvvəsini sınayacaq. Yığma komandamızın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi ilə turnirə yola düşən heyətdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) yer alıb.

Turnirin proqramına əsasən, martın 7-də 50, 60, 74 və 96 kiloqram, martın 8-də isə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.