İDMAN


Azərbaycan güləşçisi Alyona Kolesnik dünya çempionatını medalsız başa vurub

Bakı, 6 oktyabr, AZƏRTAC

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, beşinci yarış günündə 57, 59, 68 və 72 kiloqram çəki dərəcəsində çıxış edən qadın güləşçilər mübarizəyə qoşulublar.

Bu gün milli komandamızın bir üzvü xalça üzərinə çıxıb. Güləşçimiz Alyona Kolesnik (59 kq) ilk görüşündə belaruslu Kristina Sazikinaya məğlub olub və çempionatda mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.