İDMAN
Azərbaycan güləşçisi Hacı Əliyev FİLA-nın reytinq cədvəlində birinciliyini qoruyub VİDEO
Bakı, 9 avqust (AZƏRTAC). Beynəlxalq Güləş Federasiyası (FİLA) avqust ayı üçün sərbəst güləşçilərin reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu dəfəki siyahı Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsində güləşçilərin qazandığı nəticələr əsasında hazırlanıb.
Sərbəst güləş üzrə reytinq siyahısına 14 pəhləvanımızın adı daxil edilib. Siyahıda Əhmədnəbi Qvarzatilov (5-ci), Yaşar Əliyev (17-ci, hər ikisi 57 kq), Hacı Əliyev (1-ci, 61 kq), Məhəmməd Müslümov (12-ci, 65 kq), Ruslan Dibirhacıyev (2-ci), Emin Əzizov (15-ci, hər ikisi 70 kq), Cəbrayıl Həsənov (2-ci, 74 kq), Həmzət Osmanov (9-cu), Aleksandr Qostiyev (19-cu, hər ikisi 86 kq), Xetaq Qazyumov (3-cü), Şərif Şərifov (6-cı, hər ikisi 97 kq), Əli İsayev (6-cı), Cəmaləddin Məhəmmədov (7-ci) və Aslan Dzebişov (14-cü, hər üçü 125 kq) yer alıblar.