İDMAN
Azərbaycan güləşçisi İvan Yarıgin Qran-prisində bürünc medal qazanıb VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran-prisi keçirilir.
AZƏRTAC xəbər verir ki, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edib.
İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşdə iştiraka haqq qazanıb. Monqolustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb. Növbəti görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyevaya qalib gələrək turnirin bürünc medalını qazanıb.