İDMAN


Azərbaycan güləşçisi Murtuzəli Müslimov Yaşar Doğu turnirinin final mərhələsinə yüksəlib

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan turnir start götürüb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın birinci günündə sərbəst güləş üzrə yığmamızın üç üzvü xalça üzərinə çıxıblar. Georgi Edişeraşvili (57 kq) gərgin keçən görüşdə italiyalı rəqibinə uduzub. Digər iki idmançımız - 70 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Birinci görüşdə Qazaxıstan idmançısına qalib gələn Murtuzəli Müslimov dörddəbir finalda komanda yoldaşı Gitinoməhəmməd Hacıyevi üstələyərək yarımfinala yüksəlib. Hindistanlı rəqibini də məğlub edən M.Müslimov adını finala yazdırıb.

Medal görüşləri iyulun 12-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.