İDMAN


Azərbaycan güləşçisi Ruzanna Məmmədova dünya çempionu olub

Bakı, 28 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, qızlardan ibarət millimizin üzvü Elvina Kərimzadə (43 kq) ilk mərhələdə ABŞ təmsilçisi Erika Pastorizaya məğlub olub. Ancaq rəqib finaladək irəlilədiyi üçün E.Kərimzadə təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Güləşçimiz polşalı Dominika Konkelə 4:1 hesabı ilə qalib gəlib. Təmsilçimiz qazaxıstanlı Arina Abdullinanı isə "tuşe" ilə məğlub edərək bürünc medal qazanıb.

Çempionatda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova əvvəlcə rumıniyalı Ana Mariya Rotaruya “tuşe” ilə qalib gəlib. Avropa çempionumuz səkkizdəbir finalda bolqar Viktoriya Boynovadan güclü olub – 7:1. R.Məmmədova növbəti mərhələdə türk Şevval Çayırı (3:2) üstələyib. İdmançımız yarımfinalda qazaxıstanlı Aymgül Abilovaya heç bir şans tanımayıb – 10:0. Beləliklə, həmyerlimiz ardıcıl ikinci dəfə U-17 dünya çempionatının finalına yüksəlib. R.Məmmədova həlledici görüşdə yaponiyalı Mihoko Takeuçiylə üz-üzə gəlib. Finaladək bütün rəqiblərinə tam üstünlüklə qalib gələn M.Takeuçi həlledici görüşün ilk hissəsini 3:0 öndə başa vurub. Ancaq ikinci hissədə əzmkarlıq nümayiş etdirən R.Məmmədova 5:3 hesablı qələbə ilə dünya çempionu olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.