İDMAN


Azərbaycan güləşçisi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının güləş yarışında mübarizəyə qoşulan Azərbaycan güləşçisi Şahanə Nəzərova bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan güləşçimiz ilk qarşılaşmada braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib (11:0). Şahanə Nəzərova ikinci görüşündə nigeriyalı güləşçini 6:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçi ilə qarşılaşıb və bu dəfə də rəqibi ilə bacarmayıb (2:12).

Ruhdan düşməyən Şahanə Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib (3:0) gələrək B qrupunu ikinci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda yarışda A qrupunda ikinci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə 7:6 hesabı ilə qalib gələn Şahanə Olimpiadanın bürünc medalını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.