İDMAN


Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycanın yunan-Roma güləşçisi Estoniyanın paytaxtı Tallinndə keçirilən gənc pəhləvanlar arasında dünya çempionatının yarımfinalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsində Ermənistan güləşçisi Samvel Qriqoryana 5:2 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşmada Macarıstan idmançısı Gergeli Bak üzərində 9:0 hesablı qələbə qazanan gənclər arasında Avropa çempionumuz dörddəbir finala adlayıb. Ü.Qənizadə iranlı pəhləvan Məhəmmədrza Mahmud Rüstəmini 2:1 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Türkiyə güləşçisi İsmayıl Gündən də güclü olan idmançımız adını finala yazdırıb - 4:1. Həlledici görüşdə onun rəqibi rusiyalı Sergey Stepanov olacaq.

Xatırladaq ki, avqustun 17-də yarışın altıncı günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Qeyd edək ki, medal qarşılaşmaları avqustun 18-də Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.