İDMAN


Azərbaycan hakimləri VAR sertifikat turnirinə dəvət alıblar

Bakı, 18 fevral, AZƏRTAC

Aprelin 19-dan 26-dək Antalyada UEFA tərəfindən 14-15 yaşlı oğlanlardan ibarət komandaların iştirakı ilə “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçiriləcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, turnirin oyunlarını idarə edəcək hakimlərə sonda sertifikatlar təqdim olunacaq.

Qırx iki hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FIFA referisi Əliyar Ağayev, FIFA hakim köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.