CƏMİYYƏT
Azərbaycan hemotoloqları Brüsseldə beynəlxalq konfransda iştirak ediblər
Bakı, 12 oktyabr, AZƏRTAC
Brüsseldə Azərbaycan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə Avropa Hemofiliya Konsorsiumunun birgə 31-ci konfransı keçirilib. Konfransda 45 ölkədən olan hemofiliya sahəsində çalışan həkimlər, fizioterapevtlər və aparıcı tibb işçilərini, eləcə də istehsalçı dərman şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirin təşkilatçılarından olan Azərbaycan Hemofiliyalı Xəstələrin respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynovanın AZƏRTAC-a verdiyi məlumata görə, beynəlxalq konfransının məqsədi, müalicə məsələlərini, həyat keyfiyyətinin yaxşılaşdırılmasını müzakirə etmək üçün nüfuzlu, elm, tibb nümayəndələrini bir araya gətirmək, hemofiliya və digər nadir irsi xəstəliklərin müalicəsi üçün yeni dərman preparatları haqqında, və bu sahədə uğurlu işin nəticələrini və inkişaf təcrübəsini paylaşmaq olub.
Konfransda mütəxəssislərin təqdimatı, yeni müalicələrin müzakirəsi və istehsalçı şirkətlərin təklifləri müzakirə edilib.
Onu da qeyd edək ki, tədbirdə ölkəmizin bir qrup həkim-hemotoloqu iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]