ORDU
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarında iştirak edəcək
Bakı, 18 iyul, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.
Bundan əlavə, hərbçilərimiz İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]