CƏMİYYƏT


Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib

Bakı, 22 mart, AZƏRTAC

ABŞ-nin Florida ştatının Mayami şəhərində Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Florida Azərbaycanlıları Cəmiyyətinin mədəniyyət məsələləri üzrə direktoru Təranə Neymətovanın təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız bir araya gəliblər.

Cəmiyyətin sədri Esmira Bayramova bayram münasibətilə soydaşlarımızı təbrik edib və xoş arzularını bildirib.

Tədbir zamanı milli musiqimiz səsləndirilib, rəqslərimiz ifa edilib, Novruza xas əyləncəli oyunlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.