İDMAN


Azərbaycan idman jurnalistlərinin birinci respublika toplantısı keçiriləcək

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 20-də Azərbaycan idman jurnalistlərinin birinci respublika toplantısı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə “Boulevard” oteldə gerçəkləşəcək mərasim dəyirmi masa formatında keçiriləcək. Tədbirdə ölkənin idman mediasının nümayəndələri, idman qurumlarının mətbuat katibləri və veteran jurnalistlər iştirak edəcəklər.

Toplantıda idman mediası üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, rəy və təkliflər dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.