İDMAN
Azərbaycan idmançıları Belqradda keçirilən veteran güləşçilərin dünya çempionatında uğurla iştirak ediblər
Gərgin mübarizə şəraitində keçən yarışda 32 ölkənin güləşçiləri iştirak ediblər. Müxtəlif çəki dərəcələrində idmançılarımız - Musa Mirzəyev birinci, Taryel Məmmədov ikinci, Əlisahab Əliabbasov və Şəkərxan Əlismanov isə üçüncü yeri tutublar.
Nümayəndə heyətimiz Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Belqradda Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa olunmuş “Taşmaydan parkı”na gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar. Bununla yanaşı, idmançılar Azərbaycanın bu ölkədəki səfirliyində Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə görüşüblər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad