İDMAN


Azərbaycan idmançıları Gənclərin Karate 1 Liqa yarışında uğurla çıxış ediblər

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan idmançıları Kiprin Limassol şəhərində keçirilmiş gənclərin Karate 1 Liqa yarışında uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanın uşaq, yeniyetmə və gənclərdən ibarət seçmə komandaları uğurla çıxış edib. Yeniyetmə və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyət turnirdə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Belə ki, 14-15 yaşlı yeniyetmələrdən Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) qızıl, Mehralı Məmmədov (+70 kq) gümüş, Amin Yadigarlı (52 kq) və Aysu Əliyeva (47 kq) isə bürünc medallara sahib olublar.

Fərid Savadov (55 kq) və Nicat Kərimli (61 kq) isə 16-17 yaşlı gənclərin yarışında uğurla çıxış ediblər. F.Savadov qızıl, N.Kərimli bürünc medal qazanıblar.

Aşağı yaşlı karateçilərimizi, həmçinin böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edib. Beynəlxalq referi Mais Mədətov isə görüşlərin idarə olunmasında iştirak edib.

Yarışda ümumilikdə 37 ölkədən 760 idmançı mübarizə aparıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.