İDMAN


Azərbaycan idmançıları İranda qurşaq güləşi üzrə beynəlxalq turnirdə iki medal qazanıblar

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan idmançıları İranın Qolestan vilayətinin Qombed şəhərində keçirilən qurşaq güləşi üzrə beynəlxalq turnirdə iki medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, İran, Əfqanıstan, Türkmənistan və Azərbaycandan 100-ə yaxın idmançının iştirak etdiyi turnirdə Camal Feyziyev (100 kiloqramdan yuxarı) gümüş, Cavid Mustafayev isə bürünc medal qazanıblar.

Qeyd edək ki, ölkəmizi turnirdə 5 idmançı, 1 məşqçi və bir hakim təmsil edib. Komandamız yarışa Samir Abdullayevin rəhbərliyi altında qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.