İDMAN


Azərbaycan idmançıları Marneulidə ustad dərsi keçiblər

Tbilisi, 27 mart, AZƏRTAC

Azərbaycanın yunan-roma güləşi üzrə dünya, Avropa və olimpiya yarışlarının qızıl, gümüş və bürünc mükafatçıları Rafiq Hüseynov və Taleh Məmmədov Gürcüstana səfərləri çərçivəsində martın 26-da Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, R.Hüseynov və T.Məmmədov burada idmançı soydaşlarımızla görüşüb, tövsiyələrini veriblər.

Görüş zamanı soydaşlarımız idmançılarımızın beynəlxalq yarışlardakı qələbələrini əks etdirən videomateriallara baxıb, onların qələbə sevincini bir daha yaşayıb və bölüşüblər.

T.Məmmədovun erməni idmançını çiyninə qaldıraraq yerə çırpdığı anları, eləcə də R. Hüseynovun “Ata, oğlun dünya çempionudur” sevincini əks etdirən videosüjetlər xüsusi alqışlarla qarşılanıb.

Azərbaycanlı idmançılar soydaşlarımız üçün ustad dərsləri keçib, idmanın bəzi incəlikləri, xüsusən də yunan-Roma güləşinin sirlərini öyrədiblər.

Azərbaycanda idmana olan dövlət qayğısı barədə soydaşlarımıza ətraflı məlumat verilib.

Gürcüstanlı soydaşlarımız görüşdən razı qalıb, görüşün təşkilinə görə minnətdarlıq ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.