İDMAN


Azərbaycan idmançıları “Oceanman” seriyasında çıxış ediblər

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan idmançıları nüfuzlu “Oceanman” üzgüçülük seriyasının Alanyada (Türkiyə) keçirilmiş növbəti mərhələsində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ilboyu açıq suda keçirilən bu yarışlarda həm peşəkarlar, həm də həvəskarlar çıxış edir. Alanya mərhələsində Azərbaycandan olan 15 atlet, o cümlədən “Baku Tri Club”ın nümayəndəsi, respublikada birinci “Ironman” olan Firdovsi Kərimov özünü sınayıb. O, suda 5 kilometr məsafəni 1 saat 41 dəqiqəyə qət edərək azərbaycanlı həvəskar idmançılar arasında ən yaxşı nəticə göstərib.

Əli Bünyadov, Hacıverdi Ziyadov, Murad Kərəmov, Raul Mahmudzadə, Balaheydər Kərimov, Camal Şahverdiyev, Həmid Qaracayev, Aqşin Səlimov, Fuad Zülfüqarov, Elşən Abdullayev, Fərrux Novruzov, Günel Eldarzadə və Yəhya Bayramov da finişə uğurla çatıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.