İDMAN


Azərbaycan idmançıları Portuqaliyada döyüş növləri üzrə dünya çempionatında uğurla çıxış ediblər

Bakı, 16 aprel, AZƏRTAC

Portuqaliyanın Kaldaş-da-Rainya şəhərində dünya döyüş növləri üzrə 10-cu festival və dünya çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, 8 min 200-dən artıq idmançının qüvvəsini sınadığı dünya çempionatında Bakı Karate-do Akademiyasının yetirmələri dörd medal qazanıblar. Belə ki, Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov və Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadənin rəhbərliyi ilə Zaur Mirzəzadə (8-11 yaş, 28 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsində qərarlaşıb. Nihat Hüseynli (11-13 yaş, 33 kq) yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Səid Rüstəmov (11-13 yaş, 43 kq) və İbrahim İbayev (8-11 yaş, 33 kq, Light WAC) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.