CƏMİYYƏT


Azərbaycan idmançıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan idmançıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər. AZƏRTAC müraciəti təqdim edir.

Hörmətli cənab Prezident, Ali Baş Komandan İlham Əliyev!

Azərbaycan xalqının 30 illik həsrətinə son qoyub, işğal edilmiş ərazilərimizin azad olunmasında qazandığınız tarixi zəfər münasibətilə idman ictimaiyyəti adından Sizə səmimi təbriklərimizi və dərin təşəkkürümüzü çatdırırıq.

Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq törətmiş olduğu genişmiqyaslı təxribatlarına cavab olaraq Sizin rəhbərliyiniz və komandanlığınız altında rəşadətli Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu və sürətli əks-hücum əməliyyatı həyata keçirib. Şanlı Ordumuz Sizin rəhbərliyiniz altında gərgin və tarixi döyüş əməliyyatları gerçəkləşdirərək qısa zaman müddətində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, yüzlərlə qəsəbə və kəndlərimizi işğaldan azad edib.

8 noyabr tarixi isə Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı. Azərbaycanın fədakar oğulları hər hansı texnikanın iştirakı olmadan əsl möcüzə göstərərək, Qarabağın incisi qədim Şuşa şəhərini işğalçılardan təmizləyib, düşmən ordusuna sarsıdıcı zərbə endirdilər. Bu hadisə müharibənin gedişində əsl dönüş nöqtəsi oldu və nəticə etibarilə düşməni kapitulyasiya imzalamağa məcbur etdi.

Azərbaycan idmançıları daim Sizin siyasətinizi dəstəkləmiş, atdığınız hər bir addımda yanınızda olduqlarını söyləmişlər.

Biz daim Sizinləyik Ali Baş Komandanımız cənab Prezident İlham Əliyev!

Sizinlə fəxr edirik məğrur və mübariz Azərbaycan Ordusu!

Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.