İDMAN


Azərbaycan idmançıları Qara dəniz Kuboku yarışlarında üç qızıl medal qazanıblar

Tbilisi, 11 noyabr, AZƏRTAC

Tbilisidə WK-1 versiyası üzrə həvəskar idmançılar arasında Qara dəniz Kuboku uğrunda açıq çempionat keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən 162 idmançının iştirak etdiyi çempionat Azərbaycan idmançıları üçün uğurlu olub. Üç idmançımız çempionatın qızıl medalını qazanıb.

“Qartal” peşəkar idman klubunun yetirməsi, 35 kiloqram çəki dərəcəsində çıxış edən 12 yaşlı Taleh Mehrəliyev bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Digər idmançımız 11 yaşlı Fəhmin İdrisov 33 kiloqram çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üçüncü qızıl medalı isə ölkəmizə 35 kiloqram çəkidə tatami üzərinə çıxan 11 yaşlı Abbas Rəhimov qazandırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.