İDMAN
Azərbaycan idmançıları Ukraynada döyüş sənətləri üzrə açıq Avropa çempionatında iştirak edəcəklər
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 22-də Ukraynanın Xarkov şəhərində döyüş sənətləri üzrə açıq Avropa çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmiz 17 idmançı ilə təmsil olunacaq. Çempionatda idmançılarımız şaolin sanda, şaolin full və peşəkar növlərdə güclərini sınayacaqlar.
Azərbaycan yığma komandası turnirdə Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyevin, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynovun rəhbərliyi altında mübarizə aparacaq.
Çempionata aprelin 26-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]