İDMAN


Azərbaycan idmançıları Ukraynada keçirilən döyüş növləri üzrə dünya çempionatında 15 medal qazanıblar

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında 15 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, turnirdə şaolinin müxtəlif versiyaları üzrə keçirilən yarışlarda Elnur İsayev (25 kq), Arif Şıxızadə (55 kq), Murad Məmmədov, İsa Bayramov (hər ikisi 60 kq), Fərhad Abdilov, Tərlan Məmmədov, Toğrul Mikayılov, Ələsgər Hümbətzadə (hər dördü 65 kq), Cavid Güləliyev (75 kq), Ruslan Nəzərov (80 kq), Elçin Hüseynov (85 kq), Ruslan Məmmədhəsənov (90 kq) və Elsevər İsmayılov (90 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihad İbrahimov (60 kq) və İbrahim Talıbov (90 kq) isə finalda uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, dünya çempionatında 15 ölkədən 1200 idmançı çıxış edib. Ölkəmizi bu yarışda 50 idmançı təmsil edib. Milli komandamız medal sayına görə yarışda ikinci pillədə qərarlaşıb. Mundialda ən çox medal qazanan komanda isə Ukrayna millisi olub. Türkmənistan isə medal sayına görə üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.