İDMAN


Azərbaycan idmançıları birinci MDB Oyunlarını 60 medalla başa vurublar

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarını 60 medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunub. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparıblar.

Altmış medaldan 15-i qızıl, 16-sı gümüş, 29-u isə bürüncdür. Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.

Qeyd edək ki, birinci MDB Oyunlarında 9 ölkə mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.