İDMAN


Azərbaycan idmançıları ilk dəfə cəng sənəti döyüş növü üzrə dünya çempionatında iştirak edəcəklər

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan idmançıları ilk dəfə cəng sənəti döyüş növü üzrə dünya çempionatında iştirak edəcəklər.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının prezidenti Abbas Hünbətov deyib.

A.Hünbətov bildirib ki, çempionat noyabrın 17-dən 22-dək Antalyada təşkil olunacaq. Artıq milli komandamız yarışın hazırlığına start verib. Yaxın günlərdə çempionatda iştirak edəcək heyət açıqlanacaq.

Bir müddət əvvəl A.Hünbətova Beynəlxalq Cəng Sənəti Assosiasiyası tərəfindən 5-ci dan sertifikatı təqdim olunub. Azərbaycanlı mütəxəssis mərkəzi Özbəkistanda yerləşən beynəlxalq federasiyanın təsisçisi Abbos Usmanov tərəfindən cəng sənəti döyüş növünün inkişafındakı xidmətlərinə görə mükafatlandırıb.

Qeyd edək ki, cəng sənəti idman növü Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının rəhbərliyi altında ölkəmizdə inkişaf etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.