İDMAN
Azərbaycan idmançıları kunq-fu sanda üzrə dünya çempionatında 6 medal qazanıblar VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan idmançıları Portuqaliyanın Vaqos şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında uğurla çıxış ediblər.
Azərbaycan Kunq-fu Federasiyasının baş məşqçisi, dəfələrlə Avropa və dünya çempionu olan Ramil Allahverdiyev AZƏRTAC-a məxsusi müsahibəsində bildirib ki, kunq-fu sanda yarışlarında ölkəmizi 7 idmançı təmsil edib. Turnirdə Ramil Allahverdiyev (60 kq), Fəqan Məmmədov (70 kq), Məzahir Əliyev (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Elçin Atakişiyev isə millimizə gümüş medal qazandırıb.
Gənclərin mübarizəsində Kamil Ağazadə (80 kq) qızıl, Abbas Hümbətov (70 kq) isə gümüş medala sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]