İDMAN


Azərbaycan idmançıları uşu üzrə dünya çempionatına qələbə ilə başlayıblar

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan idmançıları Çinin Şanxay şəhərində keçirilən uşu üzrə XV dünya çempionatına qələbə ilə başlayıblar.

Azərbaycan Uşu Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mundialda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmov Şri-Lanka idmançısı Laksman Gunasekara Vickramageni məğlub edərək növbəti mərhələyə yüksəlib. O.Hətəmov növbəti mərhələdə qazaxıstanlı Alişer Yessenbayev ilə üz-üzə gələcək.

İlk görüşündə fransalı Bilal Talhanı üstələyən Elçin Eminov (56 kq) ikinci görüşünü koreyalı Ungjin Yuna qarşı keçirəcək. Birinci qarşılaşmasında belaruslu Yauhen Sliaptsouya qalib gələn Ruslan Pirəliyev (65 kq) isə filippinli Klemente Tabuqara ilə münasibətlərinə aydınlıq gətirəcək.

Uşu üzrə yığma komandamız dünya çempionatında böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparır.

Oktyabrın 23-də yekun vurulacaq çempionatda 120-yə yaxın ölkənin idmançıları iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.