İDMAN


Azərbaycan idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinqi açıqlanıb

Bakı, 9 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinqini açıqlayıb.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla reytinqə başçılıq edir. İkinci pillədə iyul ayında Misirin paytaxtı Qahirədə keçirilmiş qılıncoynatma üzrə dünya çempionatında gümüş medal qazanan Anna Başta (330 xal) və üçüncü yerdə isə bədii gimnast Zöhrə Ağamirova (300 xal) qərarlaşıblar.

Qeyd edək ki, reytinq xallarının hesablanması nazirlik tərəfindən müəyyənləşdirilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, beş kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.